3 güləşçimiz Rusiya turnirində
06.03.2024 - 19:53
3 güləşçimiz Rusiya turnirində

Rusiyanın Yakutsk şəhərində sərbəst güləş üzrə Roman Dmitriyev memorialı keçirilir.

Apasport.az xəbər verir ki, Azərbaycan yığması beynəlxalq turnirdə 3 güləşçi ilə təmsil olunur.

Gənclərdən ibarət millinin məşqçisi Rövşən Hacıyevin rəhbərliyi altında Ayxan Abdullazadə (65 kq), İsmayıl Rəhimli (70 kq) və Ağanəzər Novruzov (74 kq) ənənəvi yarışda mübarizə aparacaq.

Qeyd edək ki, Roman Dmitriyev memorialına martın 10-da yekun vurulacaq.

writer photo
İsmayıl Xeyrullayev
0