Aleksey Kaşuk yenidən “Qarabağ”ın matçında
01.09.2024 - 20:31
Aleksey Kaşuk yenidən “Qarabağ”ın matçında

Azərbaycan Premyer Liqasının 5-ci turu davam edir.

Apasport.az xəbər verir ki, son oyun günündə “Zirə” “Qarabağ”ı qəbul edir.

Uzun müddətdir ki, adı “Qarabağ”la hallanan Aleksey Kaşuk matçı canlı izləyənlər arasındadır. Futbolçu növbəti dəfə ağdamlıların oyununa təşrif buyurub.

Qeyd edək ki, ukraynalı daha öncə “Qarabağ”ın “Linkoln” və “Lüdoqorets”lə matçlarına da gəlmişdi. Lakin o, transfer məsələsini təkzib edərək, sabiq komanda yoldaşlarını görmək üçün tribunalarda olduğunu bildirmişdi.

writer photo
İsmayıl Xeyrullayev
0