“Qarabağ”ın futbolçusu, Azərbaycan millisinin üzvü Elvin Cəfərquliyev karyerasını ölkə xaricində davam etdirə bilər.
Apasport.az saytına etibarlı mənbədən daxil olan məlumata görə, Ağdam təmsilçisinin aparıcı oyunçusuna Fransanın “Lill” klubu elçi düşüb.
Liqa 1 təmsilçisi Cəfərquliyevi artıq altı aya yaxındır ki, izləməyə alıb.
Fransa nəhəngi millimizin üzvünü heyətinə qatmaqda israrlıdır. Belə ki, “Lill” mövsümün sonunda, ən yaxşı halda isə qış transfer pəncərəsi zamanı “Qarabağ”a təklif göndərəcək.
Qeyd edək ki, 24 yaşlı futbolçu 2019-cu il iyul ayından “Qarabağ”da çıxış edir. Onun Ağdam klubu ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.
- Çarlz Conson: Bakının insanları çox gözəldir
- Tərlan Əhmədov: “Kəpəz”də çörəkpulu qazanan insanların bəziləri mənim arxamca danışır”
- "Qarabağ"da növbəti ayrılıq - ULDUZ FUTBOLÇU AVROPA YOLUNDA
- "Arsenal" qələbə qazandı, Saka zədələndi
- Samir Musayev: “Bu çempionatda “Qarabağ”la rəqabət aparacaq komanda yoxdur”