Misli Premyer Liqasında 2025/26 mövsümünə start verilib.
Apasport.az xəbər verir ki, "Karvan-Yevlax" - "Qəbələ" matçından sonra meydan sahiblərinin baş məşqçisi Azər Həşimovun mətbuat konfransı keçirilib.
"İlk oyun həmişə çətin olur. Meydanda bərabər mübarizə getdi. Bu gün 1 xal qazandıq. "Qəbələ"yə uğurlar arzulayıram. Mənim məşqçi olmağımda bu klubun əməyi böyükdür".
- Premyer Liqada məşqçi kimi debüt etdiniz. Hissləriniz necədir?
- Hər rəqibə qarşi əzmkar oynayan komanda formalaşdırmağa çalışmışıq. Futbolçu vaxtı necə olmuşamsa, məşqçi kimi də eləyəm. Futbolçulara aşılayıram ki, rəqibdən çəkinməsinlər. Şükürlər olsun ki, bu gün 1 xal qaznadıq.
- Araz Abdullayev oynamağa hazırdır?
- Rəqib Arazı start heyətində gözləyə bilərdi. Buna görə onu ilk 11-likdə oynatmadıq. İndi tam hazır deyil. Gələcəkdə daha yaxşı formada olacaq.
- "Karvan"ın hədəfi nə olacaq?
- Hədəfimiz Premyer Liqada yerimizi möhkəmləndirmək və rəqiblərdən çəkinməyən, əzmkar komanda formalaşdırmaqdır. Bacardığımız qədər daha yüksək yerdə olmağa çalışacağıq.
- Əlinizdə olan heyətlə hədəfə çatmaq mümkün olacaq?
- Düşünürəm ki, olacaq. Heç kim deyə bilməz ki, "Karvan"ı asanlıqla məğlub edəcəyik.
- Qapıçının performansını necə dəyərləndirirsiniz?
- Tək qapıçı yox, futbolçularımız hamısı yaxşı oynadılar. Çempionat uzun marafondur, digər qapıçılara da şans düşəcək.
- II Liqa: "Şahdağ Qusar" və "Dinamo"dan səfər qələbəsi, İmişlidə bərabərlik
- "Mançester Yunayted" Kasemiroya əvəzləyici tapdı
- Qənirə Paşayevanın xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib - FOTO
- Cahangir Fərəcullayev: “Sıfırdan ev tikməliyik”
- Vidadi Rzayev: “Dövlətin ayırdığı pulu yedilər, dağıtdılar” - MÜSAHİBƏ