“Neftçi”də yay transfer pəncərəsi üçün hazırlıqlar artıq başlayıb.
Klub hazırda heyətdə qalacaq və göndəriləcək futbolçuları müəyyənləşdirir.
Apasport.az saytının əldə etdiyi məlumata görə, bəzi oyunçuların taleyi qeyri-müəyyən olaraq qalır.
“Ağ-qaralar” hələ ki, Aleks Fernandeslə bağlı qərar verməyib.
Bakı təmsilçisində icarə əsasında çıxış edən futbolçunun müqaviləsi mövsümün sonuna qədərdir. Lakin sözləşmədə yer alan bəndə görə bu müddət daha 6 ay uzadıla bilər.
Buna baxmayaraq, braziliyalının performansı “Neftçi”nin məşqçilər korpusu üçün “sirli qutu” olaraq qalıb. Həmin səbəbdən rəhbərlik yarımmüdafiəçinin gələcəyi barədə düşünməyə başlayıb.
Nəticədə Fernandesə may ayının sonuna qədər özünü göstərmək üçün vaxt verilib. Orta xətt oyunçusu həmin müddət ərzində də uğurlu çıxış edə bilməsə, mövsümün sonunda komandadan göndəriləcək.
Qeyd edək ki, Aleks müqavilə ilə Rusiya “Baltika”sına məxsusdur.
- "Qəbələ"yə yeni məşqçi gəlir? - EKSKLÜZİV
- Danışır rəqəmlər: “Neftçi”dən əsrin rekordu!
- İsveç millisinin baş məşqçisi: “Sabah mütləq qalib gəlməliyik”
- “Şamaxı”nın qapıçısı: “Hədəfimiz komandanı Premyer Liqada saxlamaq, burada davamiyyətini artırmaqdır”
- Coşqundan məhsuldar ötürmə, komandasından heç-heçə