Cahangir Fərəcullayev: "Biz Santuşdan istefa gözləyirik"
06.09.2025 - 00:41
Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsinin ilk matçında İslandiyaya məğlub olub - 0:5.
"Misli"nin dəstəyi ilə İslandiyaya ezam olunmuş apasport.az saytının əməkdaşı xəbər verir ki, oyundan sonra AFFA-nın baş katibi Cahangir Fərəcullayev jurnalistlərə açıqlama verib.
Qurum rəsmisi bildirib ki, bu nəticədən sonra baş məşqçi ilə yollar ayrılmalıdır: "Biz Fernandu Santuşdan istefa gözləyirik. O, mətbuat konfransında istefa verməsə, bu haqda tədbir görüləcək".
Qeyd edək ki, Azərbaycan millisi növbəti matçını sentyabrın 9-da Ukrayna yığmasına qarşı keçirəcək.
- "Neftçi" - "Qarabağ" matçının premium tribuna biletləri satışda
- "Zaqatala"nın baş məşqçisi: "Yaxşı heyət yığmaqla komanda oyunu nümayiş etdirmək fərqli şeylərdir"
- Benzema münaqişə yaşadı və məşqi tərk etdi
- İçiro Otsuka: “Azərbaycan kimi komandalara qarşı oynamaq üçün yaxşı təcrübədir”
- “Qarabağ” “EAFC 25”də
0
0