Bədii gimnastika üzrə Azərbaycan çempionatına yekun vurulub.
Apasport.az xəbər verir ki, yarışın son günündə fərdi yarışlar üzrə qaliblər müəyyənləşib.
Azərbaycan millisinin lideri Zöhrə Ağamirova iki növdə fəxri kürsünün ən yüksək pilləsində yer alıb. O, halqa və lentlərlə çıxışda bütün rəqiblərini qabaqlayıb. Zöhrə topla və gürzlərlə çıxışı zamanı gümüş medal qazanıb.
Növlər üzrə yarışların qalibləri:
Halqa: 1. Zöhrə Ağamirova, 2. Alina Məmmədova, 3. İlona Zeynalova.
Top: 1. İlona Zeynalova, 2. Zöhrə Ağamirova, 3. Alina Məmmədova.
Gürzlər: 1. Mədinə Dəmirova, 2. Zöhrə Ağamirova, 3. Alina Məmmədova
Lentlər: 1. Zöhrə Ağamirova, 2. İlona Zeynalova, 3. Mədinə Dəmirova.
- Qəzənfər Abbasov MOİK-dən ayrıldı - ÖZÜ AÇIQLADI
- "Neftçi"də yarımmüdafiə problemi həll olundu: MÜQAVİLƏDƏ RAZILIĞA GƏLDİLƏR
- De Bleker açıqladı: "Turan"ın qolu təmiz idi?
- "Roma" De Rossinin rəhbərliyi altında ilk məğlubiyyətini aldı
- "Neftçi" Meza Kollidən imtina etdi: "Ağ-qaralar" almaniyalını hədəfləyir