Kaxaber Sxadadze: "5 metr məsafədən qol vura bilmirik"
16.03.2024 - 22:21
Kaxaber Sxadadze: "5 metr məsafədən qol vura bilmirik"

"Oyuna çox pis başladıq. Pressinqdən çıxa bilmirdik. Bir az sonra bunu düzəldə bildik. Fasilədən sonra daha yaxşı pressinq edə bildik. Həmin ərəfədə rəqib azlıqda qaldı. Biz müdafiəçini hücumçu ilə əvəzlədik. Qol imkanlarımız çox oldu. Sadəcə olaraq futbolçular bunu reallaşdıra bilmədi. Bu da onların ustalıq səviyyəsi ilə bağlıdır. Çox işləmişik. Rəqib standart vəziyyətdən qol vurdu. Bunun üzərində çox çalışırıq. Amma yenə də belə vəziyyət yaranır".

Apasport.az xəbər verir ki, bu sözləri Misli Premyer Liqasının 27-ci turunun "Araz-Naxçıvan"la matçından (1:1) sonra "Qəbələ"nin baş məşqçisi Kaxaber Sxadadze deyib. O, mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- "Səbail"lə oyunda azlıqda qalandan sonra 55 dəqiqəyə 3 qol buraxdız. Bu gün isə 38 dəqiqə rəqib azlıqda qaldı, amma 1 qol vura bildiz. Bu, nə ilə bağlıdır?
- Fərq odur ki, "Səbail"in standart vəziyyətləri oldu və bunu dəyərləndirdi. Amma biz 5 metr məsafədən qol vura bilmirik.

- Hər dəfə futbolçuların ustalıq səviyyəsindən şikayət edirsiz. Bu, onlara necə təsir edir?
- Bu, faktdır, tənqid deyil. Ona görə deyirəm ki, bunu düzəltmək olar. Şota Arveladze məşq bitəndən sonra 40 dəqiqə qapıya zərbələrin üzərində işləyirdi. Nəticədə də "Ayaks"da bir mövsümdə 37 qol vurdu. Deməkdə məqsədim odur ki, bizim futbolçular da məşqdən sonra işləsinlər. Fərdi olaraq məşq edəndə ustalıq səviyyəsi düzəlir. Onları istədiyim üçün deyirəm. Hər oyunçuma böyük hörmətim var. Bu sözləri onlara mən deməsəm, bəs kim desin?

writer photo
İsmayıl Xeyrullayev
0