Daha öncə “Neftçi”nin bir neçə legionerlə yollarını ayıracağı barədə xəbər vermişdik.
Apasport.az saytına verilən məlumata görə, “ağ-qaralar”ın heyətdə saxlamaq niyyətində olduğu legionerlər də var.
Belə ki, “Neftçi”nin Ervin Koffi ilə işbirliyinə davam etmək istəyində olduğu bildirilir.
Lakin 30 yaşlı futbolçu hələ ki, qərarını verməyib. O, daha cəlbedici təklif alarsa, komandanı tərk edəcək.
Qeyd edək ki, fransalının “Neftçi” ilə müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir. O, daha öncə “Şatoru”, “Loryan”, “Anortosis”, “Olimpiakos” (Nikosiya) və “Pau” klublarında çıxış edib.
- "Şamaxı"nın yeni transferi: " Bura yaxşı, səviyyəli oyunçuların olduğu çempionatdır"
- "Bavariya" son dəqiqə qolu ilə sevindi
- Rüfət Abdullazadə Türkiyə yolunda - TRANSFERDƏ İSRARLIDIRLAR
- Elmar Baxşıyev: “Uğurlu nəticə mümkündür”
- “Bakı yarışının qadın marşalları idman dünyası üçün yeni ilham mənbəyi olacaq”