Mahirin komandasından qələbə
07.01.2024 - 00:56
Mahirin komandasından qələbə

Millimizin hücumçusu Mahir Emrelinin şərəfini qoruduğu "Dinamo" yoxlama matçı keçirib.

Apasport.az xəbər verir ki, Zaqreb təmsilçisi Sloveniya "Roqask"ı ilə üz-üzə gəlib.

Oyun hər biri 30 dəqiqədən ibarət olan 3 hissədə keçirilib. Qarşılaşma "Dinamo"nun minimalhesablı qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu Sandro Kulenoviç vurub.

Qeyd edək ki, Mahir Emreli də matçın iştirakçısı olub.

writer photo
İsmayıl Xeyrullayev
0