Bu gün futzal üzrə milli komandamızın təlim-məşq toplanışı üçün heyəti açıqlandı.
Siyahıya nəzər yetirdikdə yığmamızın bir neçə əsas üzvünün heyətdə yer almadığını görmək mümkündür. Həm qapıçı Rövşən Hüseynli, həm də yığmanın milliləşdirilmiş futzalçıları açıqlanan “16-lıq”da yoxdur.
Apasport.az-a daxil olan məlumata görə, bunun səbəbi federasiya rəhbərliyinin qərarıdır.
İranəsilli və braziliyalı futzalçılar ümumiyyətlə təlim-məşq toplanışına cəlb olunmayacaqlar. Hətta onların bundan sonra da milliyə dəvət alması gözlənilmir. Federasiya rəhbərliyinin qərarına görə, artıq yığmada yalnız azərbaycanlı oyunçular çıxış edəcək. Bu səbəbdən də təlim-məşq toplanışına legionerlər yox, gənc həmyerlilərimiz çağırılıblar.
Karyerasını Qazaxıstanda davam etdirən Hüseynli isə klubu ilə təlim-məşq toplanışında olduğu üçün heyətdə yer almayıb. O, növbəti hazırlıq prosesində milliyə qoşulacaq.
Qeyd edək ki, yığmamız təlim-məşq toplanışı çərçivəsində 2 yoxlama matçı keçirəcək. Vitali Borisovun yetirmələri sentyabrın 19-da və 20-də Çexiya millisi ilə qarşılaşacaq.
İsmayıl Xeyrullayev
- İqor Mitreski: “Neftçi” barədə nə deyim? Çətindir, çətin”
- Şahin Diniyev: “Orda xəstəlik tapmışam”
- "Qalatasaray"dan TFF-yə sərt sözlər: "Yenə təəccübləndirmədiniz"
- Səbuhi Abdullazadə Avropa yolunda - Millimizin üzvü uğrunda mübarizə
- Palmer "Mançester Siti"nin hədəfində: SONRAKI PEŞMANÇILIQ FAYDA VERƏCƏK?