Murad Məmmədov Avropa çempionu oldu
13.02.2024 - 22:48
Murad Məmmədov Avropa çempionu oldu

Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı keçirilir.

Apasport.az xəbər verir ki, bu gün ilk mükafatçılar bəlli olub. 

Yarışın ikinci günündə 55, 63, 77 və 87 kq çəkidə mübarizə aparan yunan-Roma güləşçiləri final görüşlərinə çıxıblar. Millimizin dörd üzvü turnirdə son sınağına çıxıb.

55 kq çəkidə Rəşad Məmmədov final görüşünə çıxıb. Təmsilçimiz moldovalı Artyom Deleanu ilə üz-üzə gəlib. O, rəqibinə 3:5 hesabı ilə uduzaraq, gümüş medal qazanıb.

63 kq çəkidə Murad Məmmədov həlledici görüşdə ukraynalı Aleksandr Qruşinlə güləşib. İdmançımız rəqibini məğlub edərək, fəxri kürsünün birinci pilləsinə qalxıb.

87 kq çəkidə İslam Abbasov üçüncü yer uğrunda qarşılaşmada ukraynalı Jan Belenyukla qarşılaşıb. O, 1:2 hesabı ilə uduzub.

 

writer photo
İsmayıl Xeyrullayev
0