Misli Premyer Liqasının VII turunda üz-üzə gələcək "Neftçi" - "Qarabağ" oyununun yeri dəyişdirilib.
Apasport.az xəbər verir ki, bunu Peşəkar Futbol Liqasının rəsmi saytı açıqlayıb.
“Neftçi” klubunun ev oyunlarını keçirdiyi “Neftçi Arena”da təmir və yenidənqurma işləri başa çatmadığına görə "ağ-qaralar" “Qarabağ”la matçın məkanının dəyişdirilməsi üçün PFL-ə müraciət edib.
“Qarabağ” klubunun rəsmi razılığını nəzərə alan qurum VII turda baş tutacaq “Neftçi” - “Qarabağ” oyunu ilə XV turun “Qarabağ” - “Neftçi” matçının yerini dəyişdirib. Qarşılaşma sentyabrın 20-də saat 20:00-da "Azərsun Arena"da reallaşacaq
- "Çelsi"nin futbolçusu "Borussiya" yolunda
- "Fənərbaxça"dan darmadağın, Şahruddinli "Demirspor"dan növbəti xal itkisi - VİDEO
- "Qarabağ" yeni legioner transfer edir: YAY TRANSFER PLANI
- “Sumqayıt” Premyer Liqa klubunun kapitanını istəyir - ÖZƏL
- Sərxan Hacıyev: “Yaxın günlərdə müəyyən qərarlar veriləcək“