“Neftçi”nin futbolçusu Edvin Kuçun Rusiya Premyer Liqasına yollanmaq imkanı olsa da, bunu istəməyib.
Apasport.az saytına verilən məlumata görə, Premyer Liqaya geri qayıdan “Torpedo”(Moskva) “Neftçi”nin və Monteneqro milli komandasının üzvü Kuçu transfer etmək istəyib.
Amma monteneqrolu futbolçu “Neftçi”dən ayrılmaq istəməyib və komandada qalmağı seçib.
31 yaşlı futbolçu 2024-cü il iyulun 1-dən “Neftçi”də çıxış edir və onun paytaxt klubu ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. O, Azərbaycana gələnə qədər “İbar”, “Berane”, “Deçiç”, “Rudar”, “Mladost”(hamısı Monteneqro), “Usti nad Labem”(Çexiya), “Balkani”, “Gjilani”(hər ikisi Kosovo) klublarında oynayıb.
- "Kəpəz" futbolçusunu 1-ci Liqa klubuna icarəyə verdi
- I Liqa: "Karvan"dan heç-heçə, “Qəbələ"dən inamlı qələbə - YENİLƏNİB
- “Şamaxı”nın legioneri: “Çalışıram ki, onun nəticələrini təkrarlayım“
- Prezident İlham Əliyev “Formula 1”in prezidenti və baş icraçı direktorunu, məsləhətçisini və britaniyalı supermodeli qəbul edib
- “Nottingem Forest” apellyasiya şikayəti verdi