Nicat Hüseynov 1/8 finalda
06.03.2024 - 22:35
Nicat Hüseynov 1/8 finalda

İtaliyanın Busto Arsizio şəhərində I Dünya Olimpiya Təsnifat Turniri keçirilir.

Apasport.az xəbər verir ki, Azərbaycan boksçusu Nicat Hüseynov (51 kq) 1/8 finala yüksəlib.

İkiqat Avropa çempionu ikinci görüşündə Sahil Alahverdovini (Gürcüstan) məğlub edib. Hüseynov qitənin ən güclüsünə və dünya çempionatının finalçısına 5:0 hesabı ilə qalib gəlib. O, 1/8 final döyüşünü martın 10-da keçirəcək.

Qeyd edək ki, Nicat Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnirdə ilk qarşılaşmasında Deepak Deepaka (Hindistan) qalib gəlib. O, yarımfinala yüksələcəyi halda Fransa paytaxtında vəsiqə əldə edəcək.

writer photo
İsmayıl Xeyrullayev
0