PSJ-nin yeni futbolçusu: “İddialı kluba keçdiyim üçün xoşbəxtəm”
01.01.2024 - 19:20
PSJ-nin yeni futbolçusu:  “İddialı kluba keçdiyim üçün xoşbəxtəm”

PSJ heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, parislilər Lukas Beraldonu rənglərinə bağlayıb.

"Sao Paulo"dan Fransa təmsilçisinə transfer olunan futbolçu keçid barədə fikirlərini bölüşüb:

"PSJ kimi iddialı kluba keçdiyim üçün xoşbəxtəm. Bu, karyeramda irəliləməyimdə çox yarımçı olacaq. Yeni komanda yoldaşlarımla tanışacağım və PSJ formasını geyəcəyim günü səbrsizliklə gözləyirəm".

Qeyd edək ki, PSJ qış transfer pəncərəsində "Sao Paulo" ilə Beraldonun keçidini razılaşdırıb.

writer photo
İsmayıl Xeyrullayev
0