Qadın güləşçimizdən bürünc medal
16.02.2024 - 23:58
Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı keçirilir.
Apasport.az xəbər verir ki, bu gün qadın güləşçilərin mübarizəsinə yekun vurulub.
Azərbaycan millisinin iki üzvü döşəkçəyə çıxıb. 65 kq çəkidə Elis Manolova bürünc medal uğrunda almaniyalı Anne Nuernberger ilə güləşib. İdmançımız 2:1 hesablı qələbə ilə bürünc medal qazanıb.
Qeyd edək ki, qadın güləşçilərimiz Buxarestdə iki qızıl medal qazanıblar. Mariya Stadnik (50 kq) 10-cu, Alyona Kolesnik (59 kq) ilk dəfə qitənin ən güclüsü olub.
- Aydın Bayramov: “Burda hər komanda istədiyi kimi oyun sərgiləyə bilmir”
- "Sabah" Azərbaycan futboluna liderlik edir - SIRALAMA
- "Sabah"ın Çempionlar Liqasındakı oyununun başlama vaxtı dəqiqləşib
- Kaxaber Sxadadze: "5 metr məsafədən qol vura bilmirik"
- “Bir axşam Masazırda”: Millimiz üçün yeni stadion - STATİSTİKA
0
0