“Qarabağ”da ciddi itki: ÇL-in iki matçını buraxacaq
19.09.2025 - 16:18
“Qarabağ”da ciddi itki: ÇL-in iki matçını buraxacaq

“Qarabağ”ın futbolçusu Marko Yankoviçin durumu bəlli.

Apasport.az saytına verilən məlumata görə, Çempionlar Liqasının I turunun “Benfika”(2:3) ilə görüşünün gedişində zədələnən və oyunu məcburiyyətdən yarımçıq tərk edən monteneqrolu MRT müayəsindən keçib.

Yankoviçin zədəsinin ciddi olduğu ortaya çıxıb.

Əldə etdiyimiz məlumata görə, Marko təxminən 5-6 həftə yaşıl meydanlardan uzaq qalacaq. Onun oktyabrın 1-də keçiriləcək “Qarabağ” – “Kopenahagen” görüşündə meydana çıxmayacağı dəqiqləşib.

Futbolçunun oktyabrın 22-də “Atletik” (Bilbao) klubuna qarşı matçda da meydana çıxmayacağı ehtimal edilir.