"Qarabağ"da kritik müqavilə - LEGİONERLƏ RAZILIQ ƏLDƏ OLUNDU
24.04.2025 - 15:12

"Qarabağ"ın futbolçusu Yassin Benzianın durumuna aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, Ağdam klubu əlcəzairli yarımmüdafiəçini razı sala bilib.
Tərəflər yeni müqavilə ilə bağlı razılığa gəliblər.
Burda futbolçunun qərarı da önəmli rol oynayıb. Belə ki, futbolçu özü "Qarabağ"da qalmaq istəyib.
O, yalnız maaşının artırılmasını istəyib. Ağdam təmsilçisi də oyunçunun tələbini dəyərləndirib və ona istədiyi maaşı verəcəklərini bildirib.
Yassin ilə 1+1 illik yeni sözləşmə imzalanması gözlənilir.
Qeyd edək ki, Benzianın klubla müqaviləsi mövsümün sonunda başa çatacaq.
- Səbuhi Abdullazadə: "İstəməzdik ki, belə olsun"
- Vitali Borisov: “Ustalıq səviyyəsində geri qalırdıq”
- Həndbol üzrə Azərbaycan çempionatına start verildi
- Paris-2024: Paralimpiya Oyunlarının bağlanış mərasimi keçirilib
- "Turan" FK-a məxsus Hünər təlim-məşq bazasının ilk təbii örtüklü meydançasının açılışı olub - VİDEO
0
0