"Qarabağ"ın oyununda 9 qol
11.01.2024 - 20:24
"Qarabağ"ın oyununda 9 qol

“Qarabağ” mövsümün ikinci yarısının hazırlığını davam etdirir.

Apasport.az xəbər verir ki, yanvarın 5-də qış toplanışına start verən komanda məşqlərini Bakıda gerçəkləşdirir.

Qurban Qurbanovun yetirmələri bu gün ilk yoxlama oyununu keçirib. Komanda “Qarabağ-2” ilə üz-üzə gəlib.

Məhsuldar keçən qarşılaşmada 9 qol vurulub. 7:2 hesablı qələbə qazanan “Qarabağ”ın heyətində Leandro Andrade, Olavio Juninyo və Abdullah Zubir birinci hissədə fərqləniblər. Fasilədən sonra Nəriman Axundzadə və Hamidu Keyta dubl müəllifi olublar. Əvəzedicilərin qollarına Musa Musazadə və Nurlan Şabanov imza atıblar.

Qeyd edək ki, “Qarabağ” yanvarın 15-də “Zirə” ilə yoxlama oyunu keçirəcək.

writer photo
İsmayıl Xeyrullayev
0