Misli Premyer Liqasının XVIII turu mövsümün ikinci het-triki ilə əlamətdar olub.
Apasport.az xəbər verir ki, “Qəbələ”nin futbolçusu Domi Massumo “İmişli” ilə ev oyununda (3:2) qol vurub.
Konqoluya qədər Toral Bayramov fərqlənib. “Qarabağ”ın futbolçusu V turun “Araz-Naxçıvan”la səfər görüşündə (5:0) üç dəfə qol sevinci yaşayıb.
Domi Premyer Liqanın tarixində milliləşənlər də daxil olmaqla legionerlərin ümumilikdə 50-ci het-trikinə imza atıb. Bunlardan 42-si legioner statuslu, 8-i Azərbaycan pasportuna malik xarici futbolçuların payına düşür.
Azərbaycan çempionatlarında ən çox het-trik edən legioner Davit Volkovdur. Cari mövsümdə “Zirə”də çıxış edən gürcüstanlı 4 matçda fərqlənib. Əcnəbilərin ilk het-trikinə isə onun həmyerlisi, sonradan milliləşən Badri Kvaratsxeliya imza atıb. O, “Kəpəz” forması geyindiyi 1997/98 mövsümündə 2 het-trik müəllifi olub.
- Okan Buruk: “Dördüncü hakim türk olduğu üçün referi onu dinləmədi..."
- "Turan Tovuz"un futbolçusu: "Bu, o demək deyil ki, qol buraxmaq zəiflikdir"
- Şahin Diniyev: “Məğlubiyyətə layiq komanda deyildik”
- Xalidu Sissoko: "Azərbaycanda oynamış ən yaxşı seneqallı futbolçu mənəm"
- Adil Şükürov: “Bu, Azərbaycanla Skandinaviya futbolunun fərqinə oxşayır”