Misli Premyer Liqasının VI turunun “Zirə” ilə matçından (0:2) sonra Rəhman Hacıyev apasport.az saytına açıqlama verib.
“Neftçi”nin futbolçusu komandanın ümumi durumunu dəyərləndirib: “Bilmirəm nə deyim… İstədiyimiz kimi oynaya bilmirik. Gözləyib görək necə olacaq. Bu, belə davam eləməz. “Neftçi”də hər cəhətdən dəyişikliklər olmalıdır. Ümid edirəm ki, tez bir zamanda bərpa olunarıq”.
Hacıyev “ağ-qaralar”ın uğursuz nəticələrindən də danışıb: “Problemin nə olduğunu mən də bilmirəm. Hazırda heç bir şey demək olmur. Daha istəkli oynamaq, meydanda can qoymaq lazımdır. Gərək futbolçunun özündə də xarakter olsun. Tez bir zamanda düzəlişlər etməliyik. Bu il qol vura bilmirik. Ümumiyyətlə, nəticələrə baxanda adam dəli olur”.
İsmayıl Xeyrullayev
- Kaxaber Sxadadze: "Qarabağ" səhvləri bağışlamır"
- Avropa Liqasında 1/4 finalçılar müəyyənləşdi- YENİLƏNİB
- ACF-nin idman direktoru: "Liqalarda toplanan xallar cüdoçuların reytinqini formalaşdıracaq"
- Yumruq vurana 2, Ribeyroya 3 oyun cəza – HAKİMLƏRİN “NEFTÇİ” NİFRƏTİ
- “Bakı yarışının qadın marşalları idman dünyası üçün yeni ilham mənbəyi olacaq”