"Səbail"dən qolsuz sülh
12.01.2024 - 20:21
"Səbail"dən qolsuz sülh

“Səbail” Antalyadakı təlim-məşq toplanışı çərçivəsində bu gün ilk yoxlama oyununu keçirib.

Apasport.az xəbər verir ki, Şahin Diniyevin yetirmələri Rumıniya təmsilçisi “Universitatya Kluj”la qarşılaşıb. 

Tərəflərin səylərinə baxmayaraq, matçda hesab açılmayıb. Oyun qolsuz heç-heçə ilə nəticələnib.

Qeyd edək ki, “Universitatya Kluj” Rumıniya Superliqasında 29 xalla 8-ci pillədə qərarlaşır.

 

writer photo
İsmayıl Xeyrullayev
0