Sərxan Hacıyev: “Bu məsələni ciddi nəzarətdə saxlayırıq”
11.04.2025 - 10:44
Sərxan Hacıyev: “Bu məsələni ciddi nəzarətdə saxlayırıq”

AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev Hesabat Konfransında çıxış edib.

Apasport.az xəbər verir ki, o, ötən il ərzində yaşanan hadisələrdən danışıb:

"Ötən il "Qarabağ" qızıl dubl etdi. "Zirə" və "Sabah" tarixində ikinci dəfə medalçılar sırasına qoşuldu. Hər üç komanda avrokuboklarda iştirak etdi və müəyyən nəticələr əldə olundu. "Qarabağ" uğurları ilə bizi sevindirməyə davam etdi. Ümid edirik ki, bu, davam edəcək. "Sabah" da Konfrans Liqasında "Makkabi"yə qalib gəldi, ancaq daha sonra mərhələ adlaya bilmədilər. "Zirə" avrokuboklarda iştirak etdi. "Sumqayıt" da avrokuboklarda oynadı. Lakin ilk mərhələdə mübarizəni dayandırdı". 

Hacıyev daha sonra danışılmış oyunlar barədə fikirlərini bildirib:

"Bütün dünyada problem danışılmış oyunlardır. Bu məsələni ciddi nəzarətdə saxlayırıq. Bu əməllərə əl atanlar bilsinlər ki, məsələni ciddi nəzarət altında saxlayırıq. Hər kəsi bu məsələlərdən çəkinməyə dəvət edirik".

Qurum rəsmisi layihələrdən də söz açıb:

"AFFA bir sıra tanınmış brendlərlə sponsorluq müqavilələrinə imza atdı. Futbok ailəsinə qoşulan sponsorlara minnətdarıq. Əminik ki, bu cür işlərdən həm biz, həm də sponsorlar müsbət nəticə əldə edəcək.

2025-ci il Tofiq Bəhramovun 100 illiyi ilə yadda qalacaq. 29 yanvarda onun yubileyi keçirildi. AFFA olaraq "Azərpoçt"la birlikdə xüsusi poçt markaları dövriyyəyə buraxdıq. İl ərzində müxtəlif layihələrin həyata keçirilməsi də nəzərdə tutulub".