Vaqif Cavadov: “Növbəti matçlarda belə oyun görmək istəyirəm”
20.04.2025 - 21:26
Vaqif Cavadov: “Növbəti matçlarda belə oyun görmək istəyirəm”

Misli Premyer Liqasının XXXI turunun “Zirə” - “Sumqayıt” matçından (3:1) sonra qonaqların baş məşqçisi Vaqif Cavadovun mətbuat konfransı keçirilib.

"Çox yaxşı komandaya qarşı mübarizə apardıq. "Zirə" elə-belə 2-ci yerdə getmir. "Sumqayıt" da bu matçda yaxşı futbol nümayiş etdirdi. Futbolçularıma təşəkkür edirəm. Hər iki komanda bu gün futbol oynadı. İnanıram ki, komandamız bu cür oyunla belə komandalara qarşı daha da möhkəm olacaq. Növbəti matçlarda da belə oyun görmək istəyirəm. "Zirə"yə uğurlar arzulayıram. Çətin oyunlarımız var. Onlara hazırlaşacağıq”.

- Yerli futbolçuların uşaq səhvlərini görəndə, düşünürsüz ki, yaxşı ki, növbəti mövsüm legioner limiti tətbiq olunmayacaq?
- Düşünmürəm. Biz də ikinci hissədə üstünlüyü ələ keçirmişdik. Belə epizodda səhv buraxdıq. Futboldur. Yerli və ya əcnəbi olsun, mənim üçün hamısı eynidir, hamısına güvənirəm. Ümidvaram ki, növbəti oyunlarda belə səhvlərə yol vermərəm. Meydançada nə etmək istədiklərini yaxşı bilirlər. Növbəti oyunlarda daha yaxşı oynayaraq, epizodlarımızdan qol vurarıq.