Varan Səudiyyə Ərəbistanı yolunda
01.01.2024 - 21:21
Varan  Səudiyyə Ərəbistanı yolunda

“Mançester Yunayted”də ayrılıq baş verməyə yaxındır.

Apasport.az xəbər verir ki, klub Rafael Varanı komandada saxlamaq niyyətində deyil.

"Qırmızı şeytanlar" 2024-cü ilin iyununda başa çatacaq müqavilənin bir il müddətinə uzadılması variantını aktivləşdirməyi düşünmür.

“Əl-İttihad” və “Əl-Nəsr” 30 yaşlı müdafiəçinin gələcəyi ilə bağlı vəziyyəti izləyir. Səudiyyə Ərəbistanı klubları futbolçunu heyətinə qatmaqda maraqlıdır.

writer photo
İsmayıl Xeyrullayev
0