“Zirə” hücumçu məsələsini həll etdi: MÖHTƏŞƏM HƏMLƏ
19.03.2026 - 15:55
“Zirə” hücumçu məsələsini həll etdi: MÖHTƏŞƏM HƏMLƏ

“Zirə” heyətini gücləndirmək üçün çalışmalara start verib.

Apasport.az saytının əldə etdiyi məlumata görə, klub hücum xəttinə yeni futbolçu axtarışındadır.

Artıq bu mövqeyə əsas namizəd bəlli olub. 

“Qartallar” “Şamaxı”dan Kərim Rossinin transferində israrlıdır. Klub futbolçunun keçidi üçün danışıqlara start verib.

Qeyd edək ki, Rossi “Şamaxı”ya ötən ilin yayında qoşulub.