"Zirə" legioneri ilə yollarını ayırdı
05.01.2024 - 21:35
"Zirə" legioneri ilə yollarını ayırdı

"Zirə"də ayrılıq baş verib.

Apasport.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.

"Qartallar" Andriya Lukoviçlə yollarını ayırıb. Onunla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, yarımmüdafiəçi "Zirə"nin heyətinə 2022-ci ilin yayında qoşulmuşdu.

writer photo
İsmayıl Xeyrullayev
0