“Zirə”nin daha bir futbolçusu Avropa klublarının maraq dairəsinə düşüb.
Apasport.az saytının əldə etdiyi məlumata görə, komandanın müdafiəçisi Ruan Renatoya ciddi müştərilər çıxıb.
Avropa və Asiyadan bir neçə klub braziliyalını heyətinə qatmaqda israrlıdır.
Lakin futbolçunun özü “Zirə”də qalmaq niyyətindədir. O, ən azı gələn mövsümün sonunadək komandadan ayrılmağı düşünmür.
Arxa xətt oyunçusunun qəsəbə təmsilçisi ilə müqaviləsi yayda başa çatacaq. Klub rəhbərliyi də onunla sözləşməni yeniləməyi planlaşdırır.
Qeyd edək ki, Renato “Zirə”yə 2023-cü ilin yayında keçib. O, daha öncə “Qəbələ”də çıxış edib.
- Samir Abasov: "Komandanı bu şəraitdə də görmək vacibdir"
- Cüdoçularımızdan Xorvatiyada 3 medal
- Taekvondoçumuzdan bürünc medal
- Qubada cüdo üzrə yeniyetmələr arasında Avropa Kubokunun açılış mərasimi keçirilib
- "CBC Sport"un baş redaktoru: "I Liqanın bir neçə oyununu da canlı yayımlamağı nəzərdə tutmuşuq"