"Zirə"də ciddi itki: BİR AY OLMAYACAQ
23.09.2025 - 18:13

“Zirə” yeni transferi Leroy Mikelsi itirib.
Apasport.az saytına verilən məlumata görə, almaniyalı futbolçu təxminən 4 həftə komandasına kömək edə bilməyəcək.
Misli Premyer Liqasının 5-ci turunun “Şamaxı”(2:1) ilə görüşündə zədələnən və 39-cu dəqiqədə məcburiyyətdən əvəzlənən Mikels müalicəyə başlayıb.
Mikelsin ən yaxşı halda təxminən bir aydan sonra məşqlərə başlayacağı ehtimal edilir.
Qeyd edək ki, Leroy yayda "Zirə"yə transfer olunub. O, daha öncə "Şamaxı"da çıxış edib.
- Samir Əliyev: “Oynamayanlar əvəzedici heyətdə oynayanlardan yaxşıdır”
- Artur Jorje: “ Belə səviyyəli yarışda belə qol buraxmaq bağışlanmaz səhvdir”
- UFC: Azarkeşlər üçün açıq təntənəli çəkiölçmə mərasimi keçiriləcək
- "Liverpul"da ayrılıq səsləri: KYEZA HEYƏTDƏ YER ALMADI
- “Zirə” üçün önəmli qərar: RENATOYA CİDDİ MÜŞTƏRİLƏR VAR
0
0