"Birbaşa Bakı" yarımfinal matçına çıxır
08.09.2024 - 11:45
"Birbaşa Bakı" yarımfinal matçına çıxır

Minifutbol üzrə Çempionlar Liqasında yarımfinal mərhələsinə start verilir.

Apasport.az xəbər verir ki, bu gün "Birbaşa Bakı" növbəti matçına çıxacaq.

Təmsilçimiz Ukraynanın "Andezit" klubu ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 12:00-da start götürəcək.

Qeyd edək ki, “Birbaşa Bakı” 1/4 finalda Rumıniya təmsilçisi "Nova Vita"ya qalib gəlib - 2:1.

writer photo
İsmayıl Xeyrullayev
0