Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.
Apasport.az xəbər verir ki, tədbir UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil edilib.
Püşkdə Azərbaycan çempionu "Qarabağ"ın da potensial rəqibləri bəlli olub.
"Köhlən atlar" III təsnifat mərhələsinə vəsiqə qazanarsa, "Şkendiya" (Şimali Makedoniya) - FCSB (Rumıniya) cütünün qalibi ilə qarşılaşacaq.
III mərhələnin ilk oyunları avqustun 5-6-da, cavab görüşləri bir həftə sonra baş tutacaq.
Qeyd edək ki, "Qarabağ" II təsnifat mərhələsində "Şelburn"la ilk oyununu iyulun 23-də səfərdə, cavab görüşünü iyulun 30-da evdə keçirəcək.
- "Formula 1": "Ferrari" pilotu sıralama turunu lider başa vurub - YENİLƏNİB
- "Neftçi” yarımfinala vəsiqə qazandı - YENİLƏNİB
- “Qarabağ” futbolçusunu göndərdi: NİZAM-İNTİZAMI POZUB
- Prezident İlham Əliyev “Formula 1”in prezidenti və baş icraçı direktorunu, məsləhətçisini və britaniyalı supermodeli qəbul edib
- İlahi ədalət və ya bir şəyird ki, ustadına kəm baxa…