Mbappe Olimpiadanı buraxa bilər
14.03.2024 - 23:19
Kilian Mbappe Olimpiya Oyunlarını buraxa bilər.
Apasport.az xəbər verir ki, o, böyük ehtimalla yayda Parisdə keçiriləcək turnirdə Fransa millisinin heyətində çıxış etməyəcək.
Buna səbəb ulduz hücumçunun “Real"a potensial transferidir. Bildirilir ki, futbolçunun yeni klubu mövsümün startından öncə onu Fransa Olimpiya komandasına yollamaq istəmir.
Qeyd edək ki, Olimpiya Oyunlarında futbol turniri iyulun 24-dən avqustun 10-dək keçiriləcək.
- La Liqada ayın məşqçisi bəlli oldu
- Fərid Namazov: "Normalda bu aylarda qarşılaşmalar ən tez saat 4-5-də start götürməlidir"
- Azərbaycan futbolunda həlledici qərar: Premyer Liqa pley-offunda limit olmayacaq
- “Şuşa İƏT Gənclər Paytaxtı - 2024” beynəlxalq proqramının öhdəlik protokolu imzalandı
- Elnur Çovdarov: “Çalışdıq nəsə edək, alınmadı”
0
0