“Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsində evdə “Nyukasl”la qarşılaşacaq.
Apasport.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyunöncəsi keçirilən mətbuat konfransında bir sıra açıqlamalar verib:
"Çox vacib oyundur. Azərbaycan futbol tarixində bu bir ilkdir. Həm də “Nyukasl” kimi köklü kluba qarşı oynamaq. Hazırlaşmağa vaxtımız az oldu. Futbolçularımın hazırlığına baxıram. Çox məsuliyyətli davranırlar, həyəcanlıdırlar. Bu, bizə inam verdi ki, futbolçular matçı səbirsizliklə gözləyirlər. Hamısı sabah ən yaxşı oyunlarını oynamağı düşünürlər. Rəqibi izləmişik. Bizə uyğun olmayan futbol tərzləri var. Premyer Liqada heç bir komanda onlara qarşı oynamaq istəmir. Azarkeşlərin önündə ağıllı, cərasətli oyun oynamağa çalışacağıq. Bəzi komponentlərdə rəqib bizi üstələyir. Həm fiziki, həm də sürətli futbol oynayırlar. Futbolçularımız özlərini ən yaxşı tərəfdən göstərəcəklər.
- “Nyukasl” kimi “Qarabağ” da hücum komandasıdır. Sabah ehtiyatlı oyun izləyə bilərik?
- Baxmayaraq ki, hücumda oluruq, həmişə ehtiyatımızı tutmuşuq. Bəzi amillər var, rəqibin ustalığı kimi. Buraxdığımız qolların sayı buna görə çoxdur. Daha yaradıcı olmalıyıq. Çoxlu variantlar axtarmalıyıq. Futbolçulardan tələbim odur ki, hücumda ola-ola müdafiədə inamlı çıxış etsinlər. Məşqlərdə də buna çalışırıq. Rəqib də buna hazırlaşıb. Bəzən biri geridə qoyurlar. Amma mütləq şəkildə 2 futbolçunu düşünməliyik. Çox istərdim ki, azarkeşlərimiz oyundan həzz alsınlar. Məğlub olsaq da, açıq oyun getsin. Cavab oyunu üçün vaxtımız olacaq.
- “İmişli” ilə oyundan sonra demişdiz ki, bərpa üçün 2-3 gün lazımdır. Oyuna hazırsız?
- Maksimum bunun üçün çalışdıq. Bir neçə gün öncəki olaylara dönməyə ehtiyac yoxdur. Fikrimizi buraya yönlədnirməliyik. Futbolçularla da bu barədə danışdıq. Demək olar ki, matça hazırdırlar. Hansısa hissədə yorğunluq hiss oluna bilər. Amma özlərində güc tapıb sona qədər mübarizə aparacaqlar.
- “Nyukasl”ın liqada işləri yolunda getmir. Bu, sizə necə təsir edəcək?
- Əksinə, iki ardıcıl qələbə qazanıblar. O Liqada elə bir fikir yoxdur ki, işlıər yolunda getmir. Premyer Liqada 1-ci yerlə 10-cu yer arasında fərq görünmür. Onların üstünlüyü də budur. Bəzən ingilislər öz liqalarını ÇL-dən üstün tuturlar. Hər oyuna qələbə üçün çıxırlar. Belə düşünməli deyilik.
- Montielin formada olduğunu nəzərə alsaq, kimlə başlayacaqsız? Kadi, yoxsa Montiel?
- Kadinin dönməsi xoşdur, əlavə variantdır. İstədiyimiz dəyişikləri edə bilərik. Tam heyət sabah məşqdə bilinəcək.
- Nəriman Axundzadənin yerinə kimisə artıracaqsız ərizəyə?
- Əfsuslar olsun ki, yox. Yalnız akademiyadan gənc futbolçu əlavə etmək olar.
- Bu oyun “Qarabağ” və Azərbaycan futbolu üçün nə ifadə edir? Qələbə nə qədər vacibdir?
- Düzgün yoldayıq. Böyük tunirdə böyük komandalarla yan-yanayıq. Bu bizə güc, motivasiya və inam verir. İnanıram ki, builki performans bizə çox kömək edəcək.
- Şanslarınıza baxaraq, qələbə barədə nə deyə bilərsiniz?
- Ümumi durumlara baxsaq, favorit “Nyukasl”dır. Minimum Bakıda qləbə qazanmaq istəyirik. Maraqlı nəticələr olur, istəyirik ki, biz də orada olaq. Qarşımızda intizamlı rəqib var. Çox istəkliyik qələbə üçün.
- Koxalski sabah meydana çıxa biləcək?
- Böyük ehtimalla hazır olacaq. Əlavə həkim müayinəsi var, riskli bir şey olmasa, sabah meydanda görəcəyik.
Qeyd edək ki, "Qarabağ" - "Nyukasl" görüşü fevralın 18-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.