Vüsal Qələndərzadənin durumuna aydınlıq gəldi
03.05.2025 - 18:23
Azərbaycan cüdoçusu Vüsal Qələndərzadənin (73 kiloqram) Tacikistanın paytaxtı Düşənbə şəhərində keçirilən “Böyük Dəbilqə” turnirində təsəlliverici görüşə çıxmamasının səbəbi bəlli olub.
Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu məlumat verib.
Qurum rəsmisi jurnalistlərə açıqlamasında bu haqda danışıb: "Təəssüf ki, Vüsalın qabırğası sındı və 1/4 final görüşünü yarıda dayandırmalı oldu. Bu səbəbdən təsəlliverici görüşə də çıxa bilmədi. Təxminən iki üç ay müalicə almalı olacaq".
- Samir Abasov: “Dava-dalaşla nəsə qazana bilmərik”
- Portuqaliya klubundan "Qarabağ"a 3-cü dəfə rədd cavabı: HÜCUMÇU TRANSFERİ YARIMÇIQ QALDI
- "Formula-1" Azərbaycan Qran-prisi: Bakı Şəhər Halqasında Heyrətamiz Yarış
- Taqir Ulanbekov: “Həbib həmişə mənə deyir ki, çəkinmə, irəli atıl”
- 3 güləşçimiz Rusiya turnirində
0
0