“Atam çox danışan biri deyil. O, sadəcə mənə inanır, güvənir. Son həftədə mənə görə daha da həyəcanlı idi”.
“Apasport”un tədbirə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu sözləri azərbaycanlı UFC döyüşçüsü Rafael Fiziev deyib.
İdmançı Manuel Torreslə döyüşünü dəyərləndirib: “Düzünü demək lazımdırsa, sol gözümlə tam görə bilmirdim. Gözümü açanda hər şeydən 2, 3, 4 dənə görürdüm. İkinci raundda gözümü açdım və rəqibimə baxdım. Torresə dönərək zərbə endirdim və onu yerə endirdim”.
O, gecənin performansı mükafatını qazanmasından bəhs edib: “Artıq 8-ci dəfədir ki, bonusa layiq görülürəm. Təəccüblənəcək bir şey yoxdur. Həm yerli azarkeşlərin qarşısında qalib gəlmək, həm də bonusu qazanmaq gözəldir”.
Fiziev BMF kəməri uğrunda Çarlz Oliveyra ilə qarşılaşmağa hazır olduğunu vurğulayıb: “Mən yüngül çəki dərəcəsində çempionla iki dəfə döyüşmüşəm. Düşünürəm ki, BMF kəməri üçün pis ad deyiləm. Oliveyra ilə qarşılaşa bilərik”.
Qeyd edək ki, Rafael Fiziev yüngül çəki dərəcəsində Manuel Torresi məğlub edib. O, ikinci raundun startında rəqibini nokauta salıb.