İspaniyanın Pontevedra şəhərində keçirilən güləş üzrə U-20 dünya çempionatı davam edir.
Apasport.az xəbər verir ki, turnirin 5-ci günündə sərbəst güləşçilərin mübarizəsinə start verilib.
97 kq çəki dərəcəsində Xetaq Karsanov ilk mərhələdə qırğızıstanlı Aitenir Maksatovu məğlub edib - 11:0. Ardınca o, türkiyəli Rifat Ereni 2:1 hesabıyla üstələyib.
İdmançımız yarımfinalda slovakiyalı Adam Jaksiki də üstələyərək (5:0) finala vəsiqə qazanıb. Təmsilçimiz həlledici qarşılaşmada qazaxıstanlı Rizabek Aitmukana yenilib - 0:10. Bununla da, o, gümüş medalla kifayətlənib.
Qeyd edək ki, Azərbaycan yığması bunadək 2 gümüş, 2 bürünc medal qazanıb.
- “Araz-Naxçıvan” “Kəpəz”i belə məğlub etdi - VİDEO
- "Turan Tovuz" futbolçusu ilə müqaviləyə xitam verdi
- Qara Qarayev: “Ən təhlükəli rəqiblə qarşılaşacağıq”
- “Ulduz Cup” beynəlxalq futbol turnirinin açılış mərasimi keçirilib
- Əfran İsmayılov: "İnanmıram ki, Rəşad Sadıqov kimi lider bir də Azərbaycan millisinə gəlsin"