Debri öncəsi gərginlik: SAXLANILANLAR VAR
05.04.2026 - 17:29
Debri öncəsi gərginlik: SAXLANILANLAR VAR

Bu gün Türkiyə Super Liqasında İstanbul derbisi baş tutacaq. “Fənərbaxça” “Beşiktaş”ı qəbul edəcək.

Apasport.az saytının İstanbula ezam olunmuş əməkdaşının məlumatına görə, artıq şəhərdə vəziyyət qarışıb.

Matç “Chobani Stadium”da baş tutacaq. Buna baxmayaraq, “Beşiktaş”ın stadionu olan “Tüpraş Stadionu”nun qarşısında münaqişə yaranıb.

İki komanda azarkeşləri arasında əlbəyaxa dava baş verib. Tarixi Dolmabaxça sarayınında qarşısında yaşanan münaqişə təhlükəsizlik işçiləri tərəfindən zərərsizləşdirilib.

“Beşiktaş” azarkeşləri arasında saxlanılanlar da var. Hazırda stadionun qarşısına əlavə polislər cəlb olunub, yollarda tıxac yaşanır.

Qeyd edək ki, “Fənərbaxça” - “Beşiktaş” matçı saat 21:00-da start götürəcək.