Budapeştdə keçirilən 45-ci Ümumdünya Şahmat Olimpiadası davam edir.
Apasport.az xəbər verir ki, Azərbaycanın qadınlardan ibarət yığması Avstraliya ilə qarşılaşıb.
Təmsilçilərimiz 2 qələbə, 2 heç-heçə ilə rəqiblərindən üstün olub.
İki turdan sonra komandalarımız iki qələbə ilə 4 xalla liderlər qrupunda yer alıblar.
45-ci Şahmat Olimpiadası
II Tur, 12 sentyabr
Qadınlar
Avstraliya – Azərbaycan - 1:3
Yuliya Rıjanova – Günay Məmmədzadə - 0:1
Jilin Janq – Gövhər Beydullayeva - 0,5:0,5
Tu Nquen – Xanım Balacayeva - 0:1
Jiayan Şen – Gülnar Məmmədova - 0,5:0,5
Qeyd edək ki, kişilərdən ibarət millimiz ilk turda İordaniyaya 3,5:0,5 hesabı ilə qəlib gəlib. Qadınlardan ibarət yığmamız isə Nikaraquaya heç bir şans verməyib - 4:0.
- Prezident İlham Əliyev “Formula 1”in prezidenti və baş icraçı direktorunu, məsləhətçisini və britaniyalı supermodeli qəbul edib
- Samir Abasov: "Uduzduğumuz komandanın gücü bəllidir"
- Vlahoviç “Yuventus”la razılığa gəlmir
- Aydın Bayramov: "Bizim hələ onlara qarşı oyunlarımız var"
- Şeydayev əsas komandaya qayıda bilər - YEGANƏ ŞANS