Arda oynadı, “Real” finala yüksəldi
11.01.2024 - 01:44
Arda oynadı, “Real” finala yüksəldi

İspaniya Superkubokunda yarımfinal mərhələsinə start verilib.

Apasport.az xəbər verir ki, "Real" "Atletiko" ilə qarşılaşıb.

Madrid derbisi bol qollu keçib. Matçın əsas vaxtında tərəflər hərəyə 3 qol vurub. Arda Gülərin də meydana daxil olduğu əlavə vaxtda isə "kral klubu" daha 2 dəfə fərqlənərək qələbə qazanıb - 5:3. 

Qeyd edək ki, "Real"ın finaldakı rəqibi "Barselona" - "Osasuna" görüşünün qalibi olacaq.

writer photo
İsmayıl Xeyrullayev
0