"Barselona" Kristenseni satmayacaq
11.01.2024 - 19:48
"Barselona" Kristenseni satmayacaq

"Barselona" müdafiəçisi Andreas Kristensenlə bağlı qərarını verib.

Apasport.az xəbər verir ki, kataloniyalılar onun çıxışından tam razıdır.

Klub növbəti iki transfer pəncərəsində onu satmağı düşünmür. İspaniya təmsilçisi 27 yaşlı futbolçu üçün əsaslı təklif olsa belə onunla yollarını ayırmayacaq. Xüsusilə danimarkalı ilə İngiltərənin "Nyukasl" klubunun maraqlandığı vurğulanır. 

Qeyd edək ki, bu mövsüm Kristensen bütün turnirlərdə 20 matçda iştirak edib və bir məhsuldar ötürmə verib.

writer photo
İsmayıl Xeyrullayev
0