"Bavariya" "Bayer"in müdafiəçisini istəyir
02.01.2024 - 19:53
"Bavariya" heyətini gücləndirmək niyyətindədir.
Apasport.az xəbər verir ki, münhenlilər "Bayer"in müdafiəçisi Conatan Ta ilə maraqlanır.
Almaniya çempionu onun transferini nəzərdən keçirir. "Bavariya"nın futbolçunun müqaviləsində nəzərdə tutulan təzminatı ödəyəcəyi bildirilir. Lakin kompensasiyanın məbləği tam olaraq açıqlanmır.
Qeyd edək ki, 27 yaşlı müdafiəçi 2015-ci ildə “Hamburq”dan “Bayer"ə keçib. Bu müddət ərzində o, 328 matçda iştirak edib, 12 qol vurub və 11 məhsuldar ötürmə verib.
- “Dinamo”nun Sumqayıtdakı matçları yerli jurnalistlərə və azarkeşlərə açıq olacaqmı?
- Tərlan Əhmədov: “Kəpəz”də çörəkpulu qazanan insanların bəziləri mənim arxamca danışır”
- "Barselona"nın baş məşqçisi postuna daha bir namizəd
- Avropa Liqası: "Sabah"a Sloveniyadan rəqib, "Legiya" "Aktobe" ilə qarşılaşacaq - YENİLƏNİB
- "Liverpul" liderliyini qorudu
0
0