"Betis" İskonu itirdi
06.02.2024 - 19:36
"Betis"də ciddi itki baş verib.
Apasport.az xəbər verir ki, komandanın yarımmüdafiəçisi İsko zədələnib.
O, İspaniya çempionatının "Xetafe" ilə matçında (1:1) xəsarət alıb. Futbolçu oyunun 83-cü dəqiqəsində əvəzlənib.
İskoya sol budun arxa hissəsinin əzələ qırılması diaqnozu qoyulub. Millinin sabiq üzvünün bərpa müddəti 6-8 həftə çəkəcək.
Qeyd edək ki, İspaniyalı futbolçu bu mövsüm 22 matçda 6 qol vurub, 3 məhsuldar ötürmə edib.
- En-Nesiri "Fənərbaxça"nı tərk edir: RAZILIQ ƏLDƏ OLUNDU
- Orxan Əliyev: "Ruan Renatonun özü üçün də mənə qarşı oynamaq asan deyildi"
- “Zirə”nin yeni transfer hədəfi - BRAZİLİYALI HÜCUMÇU
- "Əl-Nəsr"də çıxış etmiş futbolçu "Kəpəz"in radarında - EKSKLÜZİV
- "Şamaxı"nın yeni transferi: " Bura yaxşı, səviyyəli oyunçuların olduğu çempionatdır"
0
0