Danilo Səudiyyə Ərəbistanında
03.09.2024 - 00:27
Danilo Səudiyyə Ərəbistanında

"Əl-İttihad" heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, klub Danilo Pereyranı transfer edib.

Ərəblər portuqaliyalı dayaq yarımmüdafiəçisi üçün Fransa klubuna 5 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, PSJ Danilo Pereyranı 2020-ci ilin oktyabr ayında "Portu"dan transfer edib.

writer photo
İsmayıl Xeyrullayev
0