Dovbik "Çelsi"nin hədəfində
03.01.2024 - 23:53
Dovbik "Çelsi"nin hədəfində

Artyom Dovbik karyerasını İngiltərədə davam etdirə bilər.

Apasport.az xəbər verir ki, "Jirona"nın forvardı bu qış hücum xəttini gücləndirmək istəyən "Çelsi" tərəfindən izlənilir.

"Zadəganlar” hələ ki, rəsmi təkliflə çıxış etməyib. Lakin futbolçunun keçidə müsbət yanaşdığı bildirilir.

Qeyd edək ki, Dovbik "Jirona"ya ötən yay keçib. O, La Liqada 17 matçda 11 qol vurub və 4 məhsuldar ötürmə verib. 

writer photo
İsmayıl Xeyrullayev
0