"Fənərbaxça"dan darmadağın, Şahruddinli "Demirspor"dan növbəti xal itkisi - VİDEO
11.01.2024 - 01:13
"Fənərbaxça"dan darmadağın, Şahruddinli "Demirspor"dan növbəti xal itkisi - VİDEO

Türkiyə Superliqasında 16-cı turun təxirə salınmış matçları keçirilib.

Apasport.az xəbər verir ki, "Fənərbaxça" "Konyaspor"u qəbul edib.

Edin Dzekonun het-trik etdiyi görüşdə meydan sahibləri 7:1 hesablı qələbə qazanıb. Qalibiyyətlə xallarının sayını 50-yə çatdıran istanbullular liderliklərini qoruyub, saxlamağı bacarıblar. 

Qeyd edək ki, paralel keçən görüşdə Şahruddin Məhəmmədəliyevin çıxış etdiyi "Adana Dəmirspor" "İstanbulspor"la heç-heçə edib - 2:2.

 

writer photo
İsmayıl Xeyrullayev
0