FİFA 2023-cü ilin ən yaxşılarını açıqladı: Messi “The Best”i qazandı
16.01.2024 - 01:06
FİFA 2023-cü ilin ən yaxşılarını açıqladı: Messi “The Best”i qazandı

FİFA 2023-cü ilin ən yaxşılarını açıqlayıb.

Apasport.az xəbər verir ki, qaliblər “The Best FIFA Football Awards 2023” mərasimində mükafatlandırıllb.

Tədbir İngiltərənin paytaxtı Londonda təşkil olunub.  Lionel Messi ilin futbolçusu seçilib. O, digər namizədlər Erlinq Haland və Kilian Mbappeni qabaqlayıb.

İlin ən yaxşı məşqçisi – Pep Qvardiola (“Mançester Siti”)

İlin ən yaxşı qadın məşqçisi - Sarina Vieqman (İngiltərə)

İlin rəmzi komandası - Tibo Kurtua, Con Stouns, Kayl Uoker, Ruben Diaş, Bernardo Silva, Cud Bellinqem, Kevin de Bruyne,Erlinq Haland, Kilian Mbappe, Lionel Messi, Vinisius Junior

İlin qadın rəmzi komandası - Meri Arps, Olqa Karmona, Lusi Bronz, Aleks Qrinvud, Keyra Uolş, Alesia Russo, Loren Ceyms, Ella Tun, Aitana Bonmati, Aleks Morqan, Sam Kerr

İlin qadın qapıçısı – Meri Arps (İngiltərə, “Mançester Yunayted”)

İlin qapıçısı – Ederson (“Mançester Siti”)

İlin feyr-pley mükafatı – Braziliya millisi

Puşkaş mükafatı (İlin ən gözəl qolu) - Gilyerme Madruqa (“Botofoqo”)

İlin fan mükafatı – Migel Angel (Kolumbiya, “Milyonarios” azarkeşi) 

İlin futbolçusu – Lionel Messi (Argentina, “İnter Mayami)

İlin ən yaxşı qadın futbolçusu – Aitana Bonmati (İspaniya, “Barselona”)

writer photo
İsmayıl Xeyrullayev
0