"Fulhem"in futbolçusu "Barselona" arzusunda
12.01.2024 - 19:52
"Fulhem"in futbolçusu "Barselona" arzusunda

"Fulhem"in yarımmüdafiəçisi Palinya komandanı tərk edə bilər.

Apasport.az xəbər verir ki, o, "Barselona"da oynamaq istəyir.

Bu haqda portuqaliyalı özü danışıb. O, açıqlamasında Kataloniya klubunda çıxış etmək arzusunda olduğunu deyib. “Mavi-qırmızılar” Palinyanın bacarıqlarını yüksək qiymətləndirir. Lakin La Liqa təmsilçisinin “Fulhem”in tələb etdiyi 60 milyon avronu ödəməyə maddi imkanı yoxdur.

Qeyd edək ki, futbolçu ilə "Bavariya"nın da maraqlandığı bildirilir.

writer photo
İsmayıl Xeyrullayev
0