"Fulhem"in futbolçusu İstanbul nəhəngində
02.02.2024 - 21:14
"Fulhem"in futbolçusu İstanbul nəhəngində

"Qalatasaray" heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.

"Sarı-qırmızılar" "Fulhem"dən Karlos Vinisiusu rənglərinə bağlayıb. O, mövsümün sonuna qədər icarə əsasında "Cim-Bom"un şərəfini qoruyacaq. Türkiyə təmsilçisi londonlulara 600 min avro ödəyəcək.

Qeyd edək ki, futbolçu "Fulhem"in heyətində 41 oyunda 7 qol vurub.

writer photo
İsmayıl Xeyrullayev
0