Hakimi "Real"ın hədəfində
06.03.2024 - 21:20
Hakimi "Real"ın hədəfində

"Real" heyətini gücləndirmək niyyətindədir.

Apasport.az xəbər verir ki, klub yay transfer pəncərəsində PSJ-nin müdafiəçisi Əşrəf Hakimini rənglərinə bağlamaq istəyir.

Madridlilər Ceremi Frimponqun transferi ilə bağlı "Bayer"lə razılığa gələ bilməsə, gözlərini mərakeşliyə çevirəcək. Onunla "Mançester Siti"nin də maraqlandığı bildirilir.

Qeyd edək ki, Hakimi bu mövsüm parislilərin heyətində bütün turnirlərdə 28 oyun keçirib, 4 qol vurub və 5 məhsuldar ötürmə edib.

writer photo
İsmayıl Xeyrullayev
0